İngiltərənin "Çelsi" klubu yayda heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportarena.az xəbər verir ki, London təmsilçisi "Benfika"nın gənc yarımmüdafiəçisi Dieqo Moreyranı rənglərinə bağlayacaq. Bu barədə "Record" nəşri məlumat yayıb. "Mavilər" Lissabon klubu ilə yayda müqaviləsi başa çatan 18 yaşlı vingeri pulsuz heyətinə qatacaq.
Qeyd edək ki, "Benfika" Dieqo Moreyranı 2020-ci ilin yayında Belçika "Standard"ının akademiyasından transfer edib. Portuqaliyalı futbolçu "Benfika"nın B komandasında çıxış edir.