Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Daequ"nun qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İki tur öncə qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün də iştirakçısı olmayıb.
8 turdan sonra 14 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında 4-cü pillədə qərarlaşıb.