"Sabah" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatı qalib başa vurub.
Sportarena.az xəbər verir ki, bu XXVII turda "Gəncə"nin NTD-ni məğlub etməsi (95:92) sayəsində gerçəkləşib.
Hazırda 47 xala malik paytaxt təmsilçisi sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.
"Gəncə" və NTD-nin hərəyə 46 xalı var. Bir oyun az keçirən "Xırdalan" kollektivi isə 43 xalla 4-cüdür.
Reqlamentə əsasən, pley-offda lider 4-cü yerin sahibi ilə üz-üzə gələcək. 2 və 3-cü sırada ola komandalar bir-birinə rəqib olacaq.