Futbol üzrə Niderland I Dİvizionunda XXXIV turun görüşləri keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "NAK Breda"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə meydana daxil olub.
34 turdan sonra 51 xal toplayan "Eyndhoven" turnir cədvəlinin VIII pilləsində qərarlaşıb.