“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Darvin Nunyes haqda danışıb.
Sportarena.az “90min”-ə istinadən xəbər verir ki, o, uruqvaylı forvardın ingilis dilini yaxşı bilmədiyini deyib:
“Darvin digər futbolçulardan fərqli bacarıqlara malik oyunçudur. Bu, yaxşıdır. O, çoxlu qol vura bilər. Hazırda uyğunlaşma mərhələsindədir. Buna baxmayaraq, qollarını sıralamağa başlayıb.
İngilis dilini bir o qədər də yaxşı bilmir. Bunun üzərində də işlərimizi davam etdiririk. Komanda çətin durumda olanda çempionatda debüt edən futbolçunun oyununu dəyərləndirmək lazım deyil.
Zədələndiyi, cəzalandırıldığı durumlar olub. Bu, qətiyyən problem deyil. Biz uzunmüddətli perspektiv haqda düşünürük. Nunyesin əsas heyətdə mübarizə aparmaq istədiyini bilirəm. Lakin onun gücündən yararlanmağın yollarını tapmalıyıq.
Hazırkı durumdan çox razıyam. Darvinin bütün oyunlarda yaxşı çıxış etmədiyini mən də bilirəm”.
Qeyd edək ki, 23 yaşlı uruqvaylı cari mövsümdə Mersisayd təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.