“Real”ın yarımmüdafiəçisi Luka Modriçə Səudiyyə Ərəbistanından 50 milyon avroluq təklif gəlib.
Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu özü Madriddə qalmaq istəyir, lakin hələlik onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılmır. Xorvat futbolçuya Ərəbistan yarımadasından gələn təklif isə kifayət qədər cəlbedicidir.
Səudiyyə Ərəbistanında iki il vergi ödədikdən sonra Modriçə 50 milyon avro verməyə hazırdırlar. İldə 25 milyon onun “Real”da qazandığı puldan iki dəfə çoxdur.
37 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.