İngiltərə kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, bu gün ilk finalçı müəyyənləşib.
“Mançester Siti” Çempionşip təmsilçisi “Şeffild Yunayted”lə qarşılaşıb. “Şəhərlilər” darmadağınla qalib gələrək finala yüksəliblər.
“Mançester Siti” bunu qol buraxmadan bacarıb. Belə uğura sonuncu dəfə 1965/66 mövsümündə “Everton” imza atmışdı.
Digər finalçı sabah keçiriləcək “Brayton” – “Mançester Yunayted” matçında müəyyənləşəcək.
İngiltərə kuboku
Yarımfinal
22 aprel
Mançester Siti – Şeffild Yunayted 3:0
Qol: Mahrez, 43; 61; 66.