“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandası haqda fikir bildirib.
Sportarena.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, çox sabit mübarizə aparan kollektiv olduqlarını deyib:
“Biz hələ trebldən çox uzağıq. Buna gülə bilərsiz, amma həqiqət budur. “Mançester Siti”də məni ən çox təsirləndirən məqamın nə olduğunu bilirsiz? Biz qalib gəlirik, kuboklar qazanırıq, amma yenə də mübarizəni davam etdiririk. Bununla fəxr edirəm.
Çempionlar Liqasını qazandıqdan sonra son pillələrdə qərarlaşmaq istəmirəm. Biz çox sabit mübarizə aparan kollektivik. Qalib gəlməsək, məni bu klubda saxlamazlar. Axı mən axmaq deyiləm”.