“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 30-cu turunda “Barselona” ilə keçiriləcək matçından öncə danışıb.
Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin tarixən hücum futbolu oynadığını deyib:
“Hazırkı “Barselona”nı bəyənirəm. Xavinin təyinatından sonra onlar xeyli inkişaf ediblər. Bu, əsl “Barselona”dır. Əla mövsüm keçirirlər. Müdafiədə daha da inamlıdırlar.
Tarixən kataloniyalılar hücum futbolu oynayıblar. Müdafiə xəttində olan inkişaf Xavinin işini daha da asanlaşdırır, ona kömək olur”.
Qeyd edək ki, “Barselona” – “Atletiko” matçı bu gün, saat 18:15-də start götürəcək.