"Borussiya"nın (Dortmund) baş direktoru Hans-Yoahim Vatzke yarımmüdafiəçi Marko Roysun komandadakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Sportarena.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib:
""Yaxın vaxtlarda Markonun müqaviləsi ilə bağlı qərar verəcəyik. Düşünürəm ki, bu, on günə qədər çəkəcək".
Qeyd edək ki, Roys 2012-ci ildən Dortmund təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi iyunun sonuna kimidir. 33 yaşlı alman bu mövsüm 20 liqa oyununda meydana çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib.