Lukakunun cəzası ləğv edildi

20:29 23 Aprel 2023

İtaliya Futbol Federasiyası "İnter"in hücumçusu Romelu Lukakunun ölkə kubokunda 1 oyunluq cəzasını ləğv edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

 

Bildirilir ki, belçikalı oyunçunun "Yuventus"la matçda (1:1) davranışına Turin klubunun azarkeşlərinin irqçi münasibəti səbəb olub. Onun cəzası “irqçiliyin bütün formalarına qarşı mübarizə tədbiri” kimi ləğv edilib.

 

Lukaku Turin təmsilçisi ilə oyundan sonra meydandan qovulub. Onun azarkeşlərə etdiyi jestindən sonra hücumçu ikinci sarı vərəqə alıb.

 

Qeyd edək ki, "İnter" - "Yuventus" cavab görüşü aprelin 26-ı keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti