Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.
Sportarena.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub.
Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.