Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal sıradan çıxıb. Super Liqanın 30-cu turunun "Ümraniyespor"la matçında (2:0) qasıq nahiyəsindən zədə alan əlcəzairli futbolçu bir həftə məşqlərdən uzaq qalacaq.
Təcrübəli oyunçu 31-ci turun "Qalatasaray"la oyununda komandasına kömək edə bilməyəcək. İstanbul derbisi 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.