“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu (3:2) şərh edib.
Sportarena.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Səmimi olacağam: hərdən oyundan sonra aqressiv danışırıq. Otaqda gedib sakitləşdim. Soyunub-geyinmə otağına gedib onlardan üzr istədim. Baş məşqçi olaraq mən uduzdum. Dəyişikliklər bizi məhv etdi. Günahkar mənəm. Azarkeşlərdən üzr istəyirəm. Son dəqiqələrdə qol vursaydıq, bəlkə də, bu sözləri deməzdim. Oyunun gedişatında düşünürdüm ki, görəsən, bunları niyə etdim? Səhvimdən dolayı uduzduq. Biz də insanıq, səhvlər edirik. Ən yaxşı edə biləcəyimiz bundan sonra toparlanmaqdır. Ümid edirəm ki, bu durumdan çıxarıq. Turnir cədvəlində üst sıralarda olsaq da, bu, bizi rahatlaşdırmır. Həddindən artıq çətin səfər oyunları bizi gözləyir”.