“Bayern” bu mövsüm direktorları işdən çıxarmayacaq.
Sportarena.az “Sky Sport”-a istinadən xəbər verir ki, baş direktor Oliver Kanın tezliklə istefaya göndəriləcəyi ilə bağlı şayiələrə baxmayaraq, “Bayern”in müşahidə şurası mövsümün sonuna kimi heç kimi işdən çıxarmaq niyyətində deyil.
Bununla belə, Kanın klubdakı gələcəyi gələn mövsüm təhlükə altında olacaq. Klub rəhbərliyi hesab edir ki, hazırkı vəziyyətə görə əsas məsuliyyəti baş direktor daşıyır – o, futbolçuların transferini və baş məşqçi dəyişikliyini təsdiqləyib.
Həmçinin, “Bayern” idman direktoru Hasan Salihamiciçin gələcəyini nəzərdən keçirəcək. O, heyətin formalaşmasına cavabdehdir. Amma hazırda klub rəhbərliyi yalnız Kanla əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğunluğunu müzakirə edir. Salihamiciçin gələcəyi ilə bağlı qərar yalnız bundan sonra veriləcək.