"Qarabağ"dan son 3 mövsümün rekordu

13:40 24 Aprel 2023

"Qarabağ" son 3 mövsümün rekorduna imza atıb.

 

Komanda.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın son 16 oyununda qol vuraraq buna nail olub.

 

Komanda 31-ci turda “Zirə” ilə ev matçında 2:2 hesablı heç-heçə edib. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Qurban Qurbanovun yetirmələri hər qarşılaşmada qol sevinci yaşayıblar.

 

16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

 

Sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/2019 və 2019/2020 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyiblər.


Digər xəbərlər

Xəbər xətti