"Kəpəz"in qapıçısı 150-yə çatdı

14:00 24 Aprel 2023

“Kəpəz”in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Azərbaycan Premyer Liqasının 31-ci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.

 

Orxan Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.

 

Qeyd edək ki, Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti