Xviça Kvaratsxeliya: "Çiyinlərimə həddindən artıq yük düşür, amma..."

14:27 24 Aprel 2023

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya klubuna gəlməsi və A seriyasındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi əvvəllər peşəkar futbolçu olacağını təsəvvür etməsinin çox çətin olduğunu deyib:

“Neapolda Maradona kral sayılır. Və mənim üçün əvvəlcə onun oynadığı komandada olmaq anlaşılmaz idi. 

Bunun yuxu olduğunu düşündüm. Məni Maradona ilə müqayisə etməyə başladılar. Amma yavaş-yavaş öyrəşirəm və mənim üçün belə böyük oyunçu ilə müqayisə olunmaq gözəldir.

Uşaq vaxtı peşəkar futbolçu olacağımı təsəvvür etmək çətin idi. Kiçik bir ölkədən ayrılmaq böyük bir problem idi. Ambisiya mənə arzularıma inanmağa və karyera qurmağa kömək etdi.

Neapol futbolda inkişaf edir və A seriyası dünyanın ən yaxşı çempionatlarından biridir. Mən burada oynamaqdan çox xoşbəxtəm. Liqada yüksək temp və sürət var, oyunçular əla texnikaya malikdirlər. Düşünürəm ki, italyan üslubuna tez uyğunlaşdım.

"Napoli"də mən çox böyük təzyiq və məsuliyyət hiss edirəm. Bəzən çiyinlərimə həddindən artıq yük düşür, amma öhdəsindən gələ bilirəm. Mən meydana girəndə bütün təzyiqlər yox olur. Mən sevdiyim şeyi edirəm - futbol oynayıram".

 

Qeyd edək ki, Xviça ötən ilin yayından "Napoli"də oynayır.


Digər xəbərlər

Xəbər xətti