56 yaşında Portuqaliya çempionatında debüt etdi

17:21 24 Aprel 2023

Yaponiyalı futbolçu Kadzuesi Miura Portuqaliya 2-ci liqasında debüt edib.

 

Sportarena.az xəbər verir ki, "Oliveyrense"də çıxış edən 56 yaşlı hücumçu "Akademika Vizeu" ilə matçın 90-cı dəqiqəsində meydana çıxıb. Miura bir dəqiqə meydanda qalıb. O, Portuqaliya futbolunun ən yaşlı oyunçusu olub.

 

Qeyd edək ki, İlk peşəkar oyununa 1982-ci ildə çıxan yapon futbolçu karyerasında 38-ci mövsümü keçirir.


Digər xəbərlər

Xəbər xətti