"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən bitə bilər

18:48 24 Aprel 2023

"Beşiktaş"ın zədəli futbolçusu Raşid Qezzalın durumu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Super Liqanın 30-cu turunun "Ümraniyespor"la matçında (2:0) zədələnən əlcəzairli vingerin qasıq nahiyəsində yırtıq aşkarlanıb. 31 yaşlı futbolçu ən yaxşı halda 1 ay sonra yaşıl meydanlara qayıda biləcək.

 

Təcrübəli yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxmaq ehtimalı da var.

 

Qeyd edək ki, Raşid Qezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti