“Liverpul”un yarımmüdafiəçisi pulsuz “Barselona”ya keçə bilər

20:00 24 Aprel 2023

“Liverpul”un yarımmüdafiəçisi Nəbi Keyta və “Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

 

Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də ispan klubu oyunçuları pulsuz transferlə almaqda maraqlıdır.

 

28 yaşlı Nəbi Keytanı “Liverpul” 2018-ci ilin yayında Almaniya “Leyptsiq”indən 60 milyon avroya alıb. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlar daxil olmaqla 13 matçda qol vurmadan meydanda olub. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.


Digər xəbərlər

Xəbər xətti