“Atletiko”nun qapıçısı Yan Oblak komandanın baş məşqçisi Dieqo Simeone barədə danışıb.
Sportarena.az “TVE Cloud”-a istinadən xəbər verir ki, o, cari mövsümün argentinalı mütəxəssis üçün yaxşı start götürmədiyini deyib:
“O, “Atletiko”da keçmişin, indinin və gələcəyin məşqçisidir.
Mövsümə yaxşı başlamadıq. Simeone üçün də, bizim üçün də çətin oldu. Lakin əsl komanda kimi birləşdik və nəticələri xeyrimizə dəyişdik. Onun getməsini arzulayanlar indi işlətdikləri sözlərə şübhə ilə yanaşırlar”.
Qeyd edək ki, Simeone 2011-ci ildən paytaxt komandasını çalışdırır. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.