Biabırçı məğlubiyyətə görə üzr istədi

21:46 24 Aprel 2023

“Tottenhem”in kapitanı Uqo Lloris  İngiltərə Premyer Liqasının 32-ci turunda “Nyukasl”a 1:6 hesabı ilə məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, fransalı qapıçı İngiltərə mətbuatına açıqlamasında deyib:

“Qeydə alınan nəticəyə görə utanırıq. Azarkeşlərdən üzr istəyirəm. Rəqibə heç cür müqavimət göstərə bilmədik. Zəif oynadıq. Birinci hissə bizim üçün çox uğursuz keçdi. “Nyukasl” əla idi”.

 

Qeyd edək ki, “Tottenhem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 53 xalla 5-ci, “Nyukasl” isə 59 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti