“Barselona” hücumçularından birini satmağa hazırdır.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, söhbət Ferran Torresdən gedir. Kataloniya klubu ispaniyalı forvardı 25 milyon avroya satmağa hazırdır.
23 yaşlı Torres 2021-ci ilin dekabrında “Mançester Siti”dən “Barsa”ya keçib. Onun transferi ümumilikdə 55 milyon avro təşkil edib.
Torres bu mövsüm bütün turnirlərdə 39 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.