Kadinin səhhəti necədir? - AÇIQLAMA

10:18 25 Aprel 2023

"Krasnodar"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges nümayəndəsi Helsio Alisk müştərisinin vəziyyəti ilə bağlı açıqlama yayıb.

 

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, “Spartak”la dünənki matçda beyni silkələnən oyunçu haqda deyib:

“Mən Kadinin həyat yoldaşı ilə danışdım. O, futbolçunun hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu deyir. Ən əsası odur ki, Kadinin şüuru özündədir. Lakin zədəsinin xarakteri hələ məlum deyil”.

 

"Sportbox.ru" saytı isə yazıb ki, 27 yaşlı oyunçuya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

 

"Krasnodar"ın baş məşqçisi Vladimir İviç dünən “Spartak"la oyunda keçirilən mətbuat konfransınsa bildirib ki, Kadi hazırda xəstəxanadadır:

“Həkimin dediyinə görə, üz sümüyü sınıb. Əlavə məlumat gözləyirik".

 

Qeyd edək ki, dünən “Spartak”la Rusiya Premyer Liqasının oyunu zamanı rəqib futbolçusu Cikia ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Ona ilk tibbi yardımı da Cikia edib. O, Borgesin dilini çıxararaq nəfər almasına kömək edib.

 

Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

“Matç TV”nin məlumatına görə, braziliyalı bu mövsümün bütün matçlarını buraxmaq riski daşıyır.


Digər xəbərlər

Xəbər xətti