"Tottenhem" baş məşqçisi Kristian Stellini ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, Premyer Liqanın son turunda "Nyukas"a 1:6 hesabı ilə məğlubiyyətdən sonra vəzifəsindən göndərilib.
Komandanı mövsümün sonuna kimi Rayan Meyson çalışdıracaq.
Qeyd edək ki, Kristian Stellini martın 26-da Antonio Konte istefaya göndərildikdən sonra "Tottenhem"in baş məşqçisi təyin olunmuşdu. Onunla mövsümün sonuna qədər müqavilə imzalanmışdı.