"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.
Sportarena.az Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü “Atletiko” ilə azad agent kimi müqavilə imzalayacaq. Müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Söyüncü bu mövsüm "Lester"in heyətində 6 oyuna çıxıb.