"Mançester Siti"nin müdafiəçisi Kayl Uolker "Milan"a keçməyə hazırlaşır. maraqlanır.
Sportarena.az "Mirror"a istinadən xəbər verir ki, "rossonyerlər" Mançester klubu ilə müqaviləsi qarşıdakı mövsümü sonunda bitəcək müdafiəçi üçün indidən danışıqlara başlayıb.
İngilis futbolçu özü də karyerasında dəyişiklik etmək niyyətindədir.
2017-ci ildən “Mançester Siti"də oynayan müdafiəçini italiyalılar maliyyə məsələsində razı sala bilsələr, o, İtaliyaya köçəcək.
32 yaşlı futbolçu “Şeffild Yunayted”, “Tottenhem”, QPR, “Aston Villa” klublarının formasını geyinib.