Mourinyo: "Topla çox yavaş hərəkət edirik"

14:52 25 Aprel 2023

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 31-ci turunun “Atalanta” ilə matçından sonra (1:3) açıqlama verib.

 

Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, topla çox ləng davranmaqdan narazı qaldığını bildirib:

“Topla çox yavaş hərəkət edirik. Bundan narazıyam. Bütün problemlərə baxmayaraq, çox yaxşı çıxış etdik. İlk hissədə oyuna nəzarət edirdik, lakin topu sona qədər özümüzdə saxlaya bilmədik.

Buraxdığımız ilk qol öz səhvimizin nəticəsi idi. Sol cinahda top itirildi və Mario Paşaliç qol vurdu.

Birinci hissədə komandalar arasında ciddi fərq görmədim. İkinci hissədə də yaxşı oynadıq. 1:2 hesabı ilə geridə olanda düşündüm ki, geridönüş edə bilərik”.


Digər xəbərlər

Xəbər xətti