Azərbaycanlı şahmatçı dünya çempionatında ikinci oldu

11:36 25 Aprel 2023

Yunanıstanın Rodos şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında dünya çempionatı başa çatıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı təmsil edən Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında gümüş medala sahib çıxıb.

 

Süleymanlo 7 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Türkiyə təmsilçisi Adar Tarhan isə 7,5 xalla qızıl medalın sahibi olub. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti