"Barselona"da qalacağını təsdiqlədi

16:53 25 Aprel 2023

"Barselona"nın yarımmüdafiəçisi Qavi gələcəyi ilə bağlı qərarı verib.

 

Sportarena.az sport.es-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu baş məşqçi Xavi ilə təkbətək söhbətində yayda komandanı tərk etmək fikrində olmadığını təsdiqləyib. İspan futbolçu öz rolundan razı olduğu və müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı yaranmış vəziyyətin tez bir zamanda aradan qaldırılmasını istədiyini vurğulayıb.

 

Bildirilir ki, Xavi yarımmüdafiəçiyə onu  vacib oyunçu hesab etdiyini xatırladıb. Daha əvvəl "Çelsi"nin futbolçunu transfer etmək istədiyi bildirilirdi .

 

Qeyd edək ki, Qavi "Barselona" ilə 2026-cı ilin iyununa kimi yeni müqavilə imzalayıb.  Lakin La Liqa onu qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün Qavi ilə "Barselona" arasında müqavilənin mövsümün sonunda başa çatması mümkündür.

 

Əlavə edək ki, Qavi bu mövsüm "Barselona"nın heyətində 42 matçda 2 qol vurub və 6 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti