Azərbaycanın yunan-Roma güləşçisi, 2 gün əvvəl Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında qızıl medal qazanan Ülvü Qənizadə (72 kq) yarış haqqında təəssüratlarını bölüşüb.
Sportarena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında sevincli olduğunu deyib:
“Karyeramda ilk dəfə Avropa çempionu oldum. Buna görə çox sevinirəm. Məni ilk təbrik edən anam oldu. Qələbəmi şəhidlərimizin və atamın ruhuna həsr edirəm. Növbəti hədəfim dünya çempionu olmaqdır. Arxayınlaşmaq olmaz. İnanıram ki, bu nəticələrin ardı gələcək".