PSJ-nin hücumçusu Kilian Mbappe "Real"ın prezidenti Florentino Peresdən üzr istəyib və İspaniya klubuna keçmək istədiyini bildirib.
Sportarena.az "Directo Gol"a istinadən xəbər verir ki, ötən il fransalının PSJ ilə müqaviləsi başa çatırdı və şayiələrə görə, o, "Real"a keçməyə yaxın idi.
Lakin son anda fikrini dəyişərək Paris komandası ilə müqaviləni uzatmaq qərarına gəlib. Madrid klubunun prezidenti Peres hücumçunun bu qərarından narazı qalıb və gələcəkdə onun transferindən imtina etmişdi.
2022-ci ilin payızında Mbappenin yenidən fikrini dəyişdiyi və Madrid klubuna keçməyə qərar verdiyi məlumatları ortaya çıxmışdı. Mətbuatda fransalının daha əvvəl etdiyi hərəkətə görə ictimaiyyət qarşısında üzr istəməli olacağı xəbəri yayılıb.