Ançelotti: "Hər mənada çox aşağı səviyyədə çıxış etdik"

12:52 26 Aprel 2023

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 31-ci turunda ötən gecə "Jirona"ya uduzduqları (2:4) oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında çox aşağı səviyyədə oynadıqlarını bildirib:

“Çətin gecə idi. Müdafiədə pis oyun keçirdik. Əsas problem bu idi. Bu gün komanda oynamadı. Hansı ki, bu rəqibə qarşı komanda oyunu göstərməli idik. Hər mənada çox aşağı səviyyə çıxış etdik. Futbolçularım əsəbi idi.

Uğursuzluqlar xoş deyil, amma bundan faydalana bilərik. Müdafiədə etibarlı oyun olmasa, qalib gəlmək problemlidir. Bu gün müdafiədə etibarlılığımız yox idi. Əgər oyunçular bunu başa düşməsəər, hər gün təkrarlayacağam”.

 

Qeyd edək ki, "Real" 65 xalla (31 oyun) turnir cədvəlində 2-cidir. Siyahıya 76 xalla (30 oyun) "Barselona" başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti