"Jirona"nın futbolçusu Valentin Kastelyanos La Liqanın 31-ci turunda “Real”ın 76 illik seriyasında son qoyub.
Sportarena.az xəbər verir ki, o, Madrid təmsilçisinin qapısına 4 qol vurub.
La Liqada sonuncu dəfə hər hansı bir futbolçu "Real"ın qapısına bir matçda 4 qol vurmağı 1947-ci ildə bacarıb.
Ümumiyyətlə, yalnız 5 futbolçu İspaniya çempionatı çərçivəsində bir matçda “Real”a 4 qol vura bilib:
2023 – Kastelyanos ("Jirona")
1947 – Eçavarriya ("Ovyedo")
1942 – Emelin ("Ovyedo")
1940 – Katalan ("Espanyol")
1935 – Ventolra ("Barselona")