Unay Emerinin baş məşqçi postuna gəlməsi ilə yüksəlişə keçən “Aston Villa”da işlər qaydasındadır. Birmingemlilər dünən “Fulhem”i 1:0 hesabı ilə yenib 5-ci pilləyə qalxdı.
Sportarena.az xəbər verir ki, ardıcıl 20 oyundur qol vuran komanda bu müddətdə 10 pillə irəliləyib. Komanda son 10 matçda yenilməyib , 30 mümkün xaldan 26-nı toplayıb. 8 qələbə və 2 heç-heçədən “Aston Villa”nın avrokuboklara yollanmaq üçün real şansı yaranıb.
Mövsümün gedişində “Vilyarreal”dan ayrılaraq Birmingemə gələn 51 yaşlı mütəxəssis 6 ay ərzində ciddi işlər görüb. Elə bu üzdən klub rəhbərliyi məşqçi ilə yeni müqavilə üçün danışıqlara başlamağa hazırlaşır. Yayda ona yeni transferlər üçün böyük büdcə ayrılacaq.