“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının 31-ci turunun “Jirona” ilə matçında (2:4) uduzmalarının səbəbini açıqlayıb.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu məğlubiyyətə görə üzr də istəyib:
“Komandamız birinci hissədə çox əsəbi idi, bu, bizə çox təsir etdi. Vəziyyəti düzəltməyə çalışdıq. Biz komanda şəklində, bütövlükdə oynamalıyıq, o zaman istənilən rəqibə qalib gələ bilərik. Pis gecə idi, üzr istəyirik. Yenidən komanda şəklində oynamağa başlamalıyıq”.