Paulo Dibala: "Ronaldoya dedim ki, uşaq vaxtı ona nifrət edirdim"

17:28 26 Aprel 2023

"Roma"nın futbolçusu Paulo Dibala "Yuventus"da keçmiş komanda yoldaşı olan Kriştiano Ronaldo haqqında danışıb. 

 

Sportarena.az xəbər verir ki, o, "La Gazetta dello Sport"a açıqlamasında deyib:

“Komandamız çox güclü idi. Ronaldo "Yuventus"un irəiləməsi üçün bizə çox kömək etdi. Argentinada Messi ilə Ronaldo arasındakı rəqabət çox emosionaldır. Açığı, mən uşaqlıqda Messinin tərəfində olmuşam.

Yadımdadır, bir dəfə təyyarə ilə matça getmişdik. Ronaldo mənim qarşımda oturmuşdu, amma bir anda mənə doğru çevrildi. Biz futbol və başqa şeylər haqqında danışmağa başladıq. Mən ona uşaq vaxtı nifrət etdiyimi söylədim. Biz buna güldük. Bizim həmişə yaxşı münasibətimiz olub".


Digər xəbərlər

Xəbər xətti