“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub.
Sportarena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Rumıniyanın “UTA Arad” komandasını çalışdıracaq. Təyinat barədə xəbər klubun rəsmi saytında yayımlanıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
“UTA Arad” hazırda Rumıniyanın yüksək liqasında 16 komanda arasında 14-cü yeri tutur.
Qeyd edək ki, rumıniyalı mütəxəssis 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.