"Sabah" afrikalı futbolçu ilə müqaviləni ləğv etdi

18:57 26 Aprel 2023

“Sabah” hücumçu Tiemoko Fofana ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, 23 yaşlı forvard 2021-ci ilin yanvarından "Sabah"da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 20 oyuna 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti