Ronaldo və Corcina ayrılırlar?

20:16 26 Aprel 2023

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydanda və meydandan kənarda problemlər yaşayır.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 38 yaşlı futbolçu ilə sevgilisi Corcina Rodriqez arasındakı münasibətlər pisləşib. 8 ildir birlikdə olan cütlük ayrılmaq üzrədir. 

 

Əgər ayrılıq reallaşarsa, "Əl-Nəsr"in oyunçusu Corcinaya 350 milyon avro ödəyə bilər. Bu məbləğ forvardın sərvətinin 35 faizi deməkdir. 

 

Daha əvvəl də Ronaldo öz açıqlamasında Corcinanın çox pul xərcləməyinə, tez-tez alış-veriş etməyinə əsəbiləşdiyini bildirmişdi.

 

Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadır.


Digər xəbərlər

Xəbər xətti