Futbol üzrə Azərbaycan 1-ci divizionunda bu gün 27-ci turun daha iki oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Səbail”in ikinci komandası səfərdə “Turan Tovuz”un əvəzediciləri ilə üz-üzə gəlib. Tovuzlular doğma meydanda məğlubiyyətə üzülüblər.
Üç qolun qeydə alındığı “Şamaxı-2” – “İmişli” matçında meydan sahibləri qələbə qazanıblar. “Qəbələ-2” doğma meydanda “Qaradağ Lökbatan”a, “Sumqayıt-2” isə “Zaqatala”ya minimal hesabla uduzub.
Bu gün baş tutan oyunlarda “Araz Naxçıvan” doğma meydanda “Mingəçevir”i məğlub edib. “Zirə”nin əvəzediciləri ilə “Neftçi-2″nin görüşündə isə qalib müəyyənləşməyib.
Bu tur keçirilməli olan “Kəpəz-2” – “Qarabağ-2” matçı mayın 1-nə təxirə salınıb. Bunun səbəbi “Qarabağ-2″nin futbolçusunun məşq zamanı ürəyinin dayanması və əməliyyat keçirməyə məcbur qalmasıdır.
Birinci divizion,
27-ci tur
26 aprel
Araz Naxçıvan – Mingəçevir 2:0
Qol: Bayraməli Qurbanov, 16. Orxan Əliyev, 81.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Naxçıvan Muxtar Respublika stadionu, 14:00
Zirə-2 – Neftçi-2 1:1
Qol: Taleh Fərmanov, 66 – Aşqin Abazərov, 38.
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov
Hakim-inspektor: Barış Şimşək
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 15:00