Futbol üzrə Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeonbuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb – 2:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 51-ci dəqiqədə fərqlənən Krivotsyuk vurub.
Qeyd edək ki, “Daejeon” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.