“Barselona” klubu mövsümün sonunda braziliyalı vinger Rafinyanı satmağa hazırdır.
Sportaren.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Rafinyanın qiymətini də müəyyənləşdirib. “Barsa” futbolçusunu azı 90 milyon avroya satmaq niyyətindədir.
26 yaşlı futbolçunun xidmətində İngiltərənin “Arsenal” və “Nyukasl” klublarının maraqlı olduğu deyilir.
Rafinya “Barselona”ya keçən ilin yayında “Lids”dən keçib. O, cari mövsümdə komandanın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.