Braziliya Futbol Federasiyası "Real"ın baş məşqçisi Karlo Ançelottinin cavabı üçün son tarix müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, bu barədə “Globo” qurumun prezidenti Ednaldo Rodrigezin sözlərinə istinadən məlumat yayıb .
Federasiya rəhbərliyi mayın 25-dək 63 yaşlı italiyalı mütəxəssisdən cavab gözləməyə hazırdır, bundan sonra Braziliya millisinin baş məşqçisi vəzifəsinə digər namizədlərlə danışıqlara başlayacaq.
Bu vəzifəyə Ançelottidən başqa Jorje Jezus (“Fənərbaxça”), Fernando Diniz (“Fluminense”) və Abel Ferreyra (“Palmeyras”) namizəddir.
Federasiyanın Ançelotti ilə yalnız ilkin danışıqlar apardığı vurğulanır.
Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayında başa çatır.