Laurentsiu Regekampf: "Bütün komponentlərdə rəqibi üstələdik"

22:37 26 Aprel 2023

“İstilik 120 dərəcəyə qalxır, bu cür hissiyyatı sevirəm”.

 

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

 

İlk görüşdə Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” doğma arenasında son dəqiqə qolları sayəsində finala yüksəlib.

 

Rumıniyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib:

“İlk dəqiqədən sona kimi komandam futbol oynamağa çalışdıq. Bütün komponentlərdə rəqibi üstələdik. Yarımfinal idi, uduza da bilərdik. Çünki son 3-4 oyunda bizi bəxtsizlik bürüyüb. Kubok oyunları hər zaman fərqli olur. Final matçını doğma arenada keçirəcəyimiz üçün sevinirik. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti