"Bavariya"nın sabiq baş məşqçisi Yulian Naqelsmann "Tottenhem"lə razılığa gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilib ki, alman mütəxəsis yayda "Tottenhem"i çalışdıracaq və komandanı növbəti mövsümə hazırlaşdıracaq.
Qeyd edək ki, "Tottenhem" martın 26-da baş məşqçisi Antonio Konteni istefaya göndərib. Daha sonra bu vəzifəyə Kristian Stellini təyin olunub. Ancaq onunla da bir neçə gün əvvəl yollar ayrılıb. Komandanı mövsümün sonuna kimi Rayan Meyson çalışdıracaq.