Maks Ferstappen: "Bakı çox çətin trekdir"

13:40 27 Aprel 2023

"Bakı çox çətin trekdir".

 

Sportarena.az "RacingNews365" nəşrinə istinadən xəbər verir ki, bunu “Red Bull” pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatında mövsümün dördüncü mərhələsi ilə bağlı danışarkən deyib.

 

26 yaşlı niderlandlı sürücü Azərbaycan Qran-prisində mövsümün ilk sprint yarışının da gerçəkləşəcəyini xatırladıb: "Bu, yarışı bir az daha xaotik edə bilər. İlk sərbəst yürüşdən mərhələyə yaxşı başlamaq lazımdır. Necə olacağını birlikdə görəcəyik".

 

Qeyd edək ki, Bakıdakı yarış 28-30 apreldə baş tutacaq. Ferstappen 2022-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub.


Digər xəbərlər

Xəbər xətti