“Çelsi” özünə gələ bilmir. London klubu dünən növbəti ev məğlubiyyəti sayəsində turnir cədvəlinin ikinci hissəsinə endi.
Sportarena.az xəbər verir ki, qışda transferlərə yarım milyard avrodan çox xərclənən komandaya 3-cü məşqçinin gəlişi də heçnəyi dəyişməyib. Tomas Tuhel və Qrem Potterlə müqayisədə Frank Lempard daha uğursuzdur. Sevimli komandasına 2-ci dəfə rəhbərlik edən gənc mütəxəssis ancaq məğlubiyyətlərə şahidlik edir.
Mövsümün sonuna kimi müvəqqəti baş məşqçi olan Lempard mövsümün gedişində “Everton”dan ayrılmışdı. Onun iki komandada ümumi göstəricisi faciəvidir. 23 dəfə meydana komanda çıxaran Frank 14 məğlubiyyət, 6 heç-heçə və 3 qələbə görüb.