"Vaxtım olanda "Krasnodar"ın matçlarına baxıram. Çernikovun, Spertsyanın, Safonovun inkişafına sevinirəm. Həmçinin Şapinin karyerasını izləyirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Moskovski komsomolets" qəzetinə verdiyi geniş müsahibədə bildirib. O, sabiq komandası "Krasnodar" barədə sualı cavablandırarkən deyib ki, bu yaxınlarda Şapi ilə görüşərək yemək də yeyiblər.
"İqnatyev və Qolubevlə də əlaqə saxlayıram. İsrail çempionatında çıxış edən Borodini izləyirəm. Vanderson, Kabella, Viktor Klaesson necə oynadığı da maraqlıdır. İsveçlə Azərbaycanın oyunundan sonra o (Viktor Klaesson - red.) mənə İbrahimoviçin imzalı formasını göndərdi. "Krasnodar"da birlikdə çalışdığım bir çox futbolçu ilə əlaqə saxlayıram" - deyə Musayev bildirib.